İlkay Gündoğana növbəti təklif
"Borussiya" futbolçusu İlkay Gündoğana müqaviləni yeniləmək üçün növbəti təklif göndərib.

Bu barədə Dortmund təmsilçisinin idarə heyətinin üzvü Hans-Yoahim Vatske deyib. O, türkəsilli alman yarımmüdafiəçini komandada saxlamaq istədiklərini və İlkayın bu təklifə cavabını maraqla gözlədiklərini bildirib.

Qeyd edək ki, İ.Gündoğanın "Borussiya" ilə müqaviləsi 2015-ci ildə başa çatır.

Xəbər 845 dəfə oxundu.