"Mançester Siti" Daniel Alveşi istəyir
"Barselona" klubunun müdafiəçisi Daniel Alveş mövsümün sonunda komandasını dəyişə bilər.

Braziliyalı futbolçu "Mançester Siti"nın maraq dairəsinə düşüb.

Artıq "şəhərlilər" Alveşə rəsmi təklif göndərib. İngiltərə klubu Alveşin transferi üçün 15 milyon futn sterlinqindən keçməyə hazırdır. Lakin Braziliya millisinin üzvünün "Barselona"da qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, 2008-ci ildə "Sevilya"dan "Barselona"ya transfer olunan 30 yaşlı futbolçu ilə Fransanın PSJ klubu da yaxından maraqlanır.

Xəbər 752 dəfə oxundu.