Arda haqda kitab yazıldı
Türkiyə millisinin və "Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan haqda yazılan kitab bu gün satışa çıxarılıb.

İspaniyalı yazar Xuan Rodriqes Qarridonun müəllifi olduğu kitabın adı "Arda Turan, Bayrampaşanın dahisi"dir.

Kitabda türk yarımmüdafiəçinin futbol macəraları, başına gələn maraqlı hadisələr yer alıb. Ardanın böyüyüb boya-başa çatdığı Bayrampaşanın onun xarakterinə təsir etdiyi vurğulanıb.

Xəbər 940 dəfə oxundu.