"Beşiktaş"ın növbəti hədəfi - Mario Qomez
"Beşiktaş" klubu yay transferi pəncərəsində heyətini ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.

Maaşlarının yüksək olması səbəbindən Almeyda və Fernandes ilə yolları ayıracağı gözlənilən "qara qartal" hücum xəttinə "Fiorentina"nın oyunçusu Mario Qomezi transfer etmək niyyətindədir.

Artıq bununla bağlı İstanbul təmsilçisi futbolçunun meneceri ilə danışıqlara başlayıb. Çərşənbə günü iki tərəf arasında növbəti görüşün olacağı gözlənilir.

Xəbər 762 dəfə oxundu.