Cüdoçumuz Beynəlxalq “Qran-pri” turnirində gümüş medal qazanıb
Türkiyənin Samsun şəhərində cüdo üzrə Beynəlxalq “Qran-pri” turniri keçirilmişdir.

Azərbaycan millisi yarışı bir gümüş medalla başa vurmuşdur.
Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparmış Rüstəm Orucov finalda almaniyalı cüdoçu Kristofer Voelkə məğlub olaraq gümüş medalla kifayətlənmişdir.

Ümumi komanda hesabında Azərbaycan millisi 44 ölkə arasında 12-ci olmuşdur.


Xəbər 1050 dəfə oxundu.