Tayboksçularımız İtaliyadan 3 qızıl medalla qayıdıblar
İtaliyada oktyabrın 26-da start götürən tayboks üzrə dünya çempionatı başa çatıb. idman.com.az saytı xəbər verir ki, komandamızın 3 üzvü yarışlarda uğurla çıxış edib. Belə ki, Eldar Qazıbəyov (91 kq) və Araz Musayev K1 növündə bütün rəqiblərini üstələyərək qızıl əldə ediblər. Digər qızıl medalı isə komandanın aktivinə lou kik növündə Elman Qazıbəyov (91 kq) yazdırıb.

Xəbər 2969 dəfə oxundu.