Aleks "Mançester Yunayted" və "Milan"ın hədəfində
PSJ klubunun müdafiəçisi Aleks Rodriqo Dias Avropa nəhənglərinin transfer hədəfinə düşüb.

Braziliyalı futbolçu ilə "Mançester Yunayted" və "Milan" klubları yaxından maraqlanır.

Hər iki komanda artıq indidən futbolçu ilə danışıqlara start verilib. 31 yaşlı futbolçunun mövsümün sonunda komandası ilə müqaviləsi başa çatacaq. Bu baxımdan Aleksin digər komandalara transferində hər hansı problem yaranmayacaq. Lakin Aleksin karyerasını hansı komandada davam etdirəcəyi məlum deyil.

Qeyd edək ki, 2012-ci ildə "Çelsi"dən PSJ-yə transfer olunub.

Xəbər 857 dəfə oxundu.