"Mançester Yunayted"in əfsanələri klub aldılar
"Mançester Yunayted"in əfsanəvi futbolçuları Rayan Giggz, Qari Nevill, Pol Skoulz, Fil Nevill və Niki Batt birlikdə klub alıblar.

Bu, "Salford Siti" klubudur.

Artıq əfsanəvi oyunçular sözügedən klubu aldıqlarını İngiltərə Futbol Federasiyasına bildiriblər.

Qeyd edək ki, bundan əvvəl ötən mövsüm futbolçu karyerasını başa vuran Devid Bekhem klub almışdı.

Xəbər 799 dəfə oxundu.