"Neymarla müqavilə bağlamaq axmaqlıq idi”
"Barselona"nın əfsanəvi futbolçusu Yohan Kroyf Kataloniya klubunun Neymarı transfer etməsini tənqid edib.

Fransa mətbuatına danışan hollandiyalı mütəxəssis gənc hücumçunu "Barsa"ya gətirilməsinin yanlış qərar olduğunu bildirib:

"Neymar "Barselona" üçün böyük problemdir. O, hələ 21 yaşında olsa da, komandada bir neçə futbolçudan daha çox maaş alır. "Barselona" Neymarı transfer etməklə böyük səhvə yol verdi. Onun müqavilə bağlamaq axmaqlıq idi. Neymar aldığı maaşa layiq bir oyun sərgiləməlidir".

Xəbər 785 dəfə oxundu.