Mourinyo: "İbrahimoviç çox təhlükəli futbolçudur"
Çempionlar Liqasının 1/4 finalında PSJ-ə ilə qarşılaşacaq "Çelsi"ni ən çox rəqib komandanın futbolçusu Zlatan İbrahimoviç qorxudur.

London klubunun baş məşqçisi Joze Mourinyo isveçli hücumçunun çox təhlükəli olduğunu deyib:

"Zlatan oynadığı hər komanda ilə çempion olmuş futbolçudur. O, ÇL-in də kubokunu qazanmaq istəyir. Bunun üçün əlindən gələni edir. İbrahimoviç çox təhlükəli futbolçudur. Ona qarşı diqqətli olmalıyıq".

Xəbər 818 dəfə oxundu.