Anri: "Arsenal"la oyunu səbirsizliklə gözləyirəm"
"Nyu-York Red Bulls" klubunun hücumçusu Tyeri Anri yayda yoldaşlıq oyunu keçirəcəkləri "Arsenal"la oyun haqda fikirlərini bölüşüb.

Klubun rəsmi saytına danışan fransız futbolçu sabiq komandası ilə oyunu səbirsizliklə gözlədiyini bildirib:

"Bu oyun haqda danışmaq mənə çox çətindir. Çünki həmin matç mənim üçün böyük önəm daşıyacaq. Hər zaman dediyim kimi "Arsenal" mənim qəlbimdədir. Komanda yoldaşlarımla tez-tez "Arsenal" haqda danışıram. Mənə baxıb onlar da həyəcana qapılırlar. Səbirsizliklə "Arsenal"la oyunu gözləyirəm".

Qeyd edək ki, 1999-2007-ci illərdə "Arsenal"ın şərəfini qoruyan Anri keçirdiyi 258 oyunda 176 qola imza atıb.

Xəbər 826 dəfə oxundu.