Klopp Millətlər Liqası turnirini pislədi
"Borussiya"nın baş məşqçisi Yurgen Klopp UEFA-nın yeni təsis etdiyi Millətlər Liqası turnirinin keçirilməsinə müsbət baxmır.

Dortmund təmsilçisinin çalışdırıcısı bu turnirin futbolçuları daha çox yoracağını düşünür:

"UEFA Millətlər Liqasının keçirilməsinə qərar verərkən baş məşqçilər və oyunçulardan turnir barədə fikirlərini soruşmadı. Əgər bizdən də fikrimizi öyrənsəydilər, daha yaxşı olardı. O zaman verilən qərar da fərqli olacaqdı".

Qeyd edək ki, Millətlər Liqası turniri 2018-ci ildə keçiriləcək.

Xəbər 781 dəfə oxundu.