"Mançester Yunayted"in növbəti hədəfi
İngiltərənin "Mançester Yunayted" klubu yeni mövsüm üçün növbəti transfer hədəfini açıqlayıb.

Mançester təmsilçisi "Real Sosyedad" klubunun futbolçusu Anton Qrizmanı transfer etməyi planlaşdırır.

Bu mövsüm La Liqada vurduğu qollarla diqqətləri üzərinə çəkən 22 yaşlı futbolçunun da Premyer Liqada oynamaq istədiyi bildirilir. "Mançester Yunayted" klubu Qrizmanın keçidi üçün qarşı tərəfə 30 milyon avro təklif edib. "Real Sosyedad" klubu hələlik bu təklifə münasibət bildirməyib.

Qeyd edək ki, 2009-cu ildən "Real Sosyedad"ın şərəfini qoruyan fransız futbolçu keçirdiyi 172 oyunda 45 qola imza atıb.

Xəbər 965 dəfə oxundu.