Mario Balotelliyə Braziliyadan təklif var
"Milan" klubunun hücumçusu Mario Balotelli Braziliyadan təklif alıb.

"Flamenqo" 23 yaşlı futbolçunu transfer etməyi planlaşdırır.

Klubun sponsorlarından biri Balotellinin transferi üçün yüksək məbləğ ödəyəcəyini bildirib. "Flamenqo" klubu yaxın günlərdə "Milan"la rəsmi danışıqlara başlayacaq. Tərəflər arasında razılıq əldə olunarsa, Balotelli yeni mövsümdən Braziliya A Seriyasında çıxış edəcək.

Qeyd edək ki, 2013-cü ildən "Milan"ın şərəfini qoruyan Balotelli keçirdiyi 35 oyunda 24 qola imza atıb.

Xəbər 840 dəfə oxundu.