“9 noyabr - Dövlət Bayrağı günü” qeyd ediləcək

Gənclər və İdman Nazirliyi noyabrın 4-də, saat 16:00-da Bakı İdman Sarayında (Neftçilər prospekti 24a) “9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunmuş “Bayraq Festivalı”nı keçirəcək.

Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, tələbələrin, gənclər təşkilatlarının üzvləri və fəal gənclərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, “9 noyabr - Dövlət Bayrağı günü” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 17 noyabr 2009-ci il tarixli Sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Xəbər 1269 dəfə oxundu.