Droqba: "Dəstəyinizə ehtiyacımız var"
"Qalatasaray"ın futbolçusu Didye Droqba "Cim Bom" azarkeşlərinə müraciət edib.

Təcrübəli hücumçu "İnstaqram" sosial şəbəkəsindəki hesabından azarkeşlərdən onlara dəstək olmaqda davam etmələrini istəyib:

"İndiyə kimi bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Heç bir klub hər zaman qalib gələ bilməz. Məğlub olduğumuz vaxt biz də sizin qədər üzülürük. Ancaq güclü ola bilmək üçün dəstəyinizə ehtiyacımız var".

Droqba Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə cavab qarşılaşmasındakı çıxışına görə ona edilən tənqidlərə də münasibət bildirib: "Qalatasaray"ın 1/4 finala yüksəlməsini çox istəyirdim. Amma "Çelsi" ilə matçda rəqibin bizdən üstün olduğunu qəbul etməliyik. Çalışacam ki, qarşıdakı matçlarda daha yaxşı oyun nümayiş etdirim".

Xəbər 841 dəfə oxundu.