“Azəryol” komandası heyətinə yeni voleybolçu cəlb edib
Bakının qadınlardan ibarət “Azəryol” komandası heyətinə yeni voleybolçu cəlb etmişdir.

Bakı təmsilçisi “Azərreyl”dən Aleksandra Prupasın keçidini həll etmişdir.

İyirmi yaşlı milliləşdirilmiş voleybolçu mövsümün sonunadək baş məşqçi Ancelo Vercesinin sərəncamında olacaqdır. Dördüncü zona oyunçusunun yeni mövsümdə hansı komandada forma geyinəcəyi çox güman ki, klubundakı çıxışından asılı olacaqdır.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində millimizin heyətinə cəlb olunan A.Prupas “Azərreyl”də əsas heyət oyunçusu sayılmırdı.

Xəbər 1084 dəfə oxundu.