Buffon daha 3 il "Yuventus"da qalacaq | |
"Yuventus" klubu əfsanəvi qapıçısı Canluici Buffonla müqavilə yeniləməyə hazırlaşır. Qol.Az-ın "Tuttosport"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi Buffonla 3 illik müqavilə imzalayacaq. 36 yaşlı qolkiper Braziliyada keçiriləcək dünya çempionatından sonra "Yuventus"la rəsmi müqavilə imzalayacaq. Təcrübəli qapıçının 2017-ci ildə karyerasını başa vurmağı planlaşdırdığı bildirilir. Qeyd edək ki, 2001-ci ildən "Yuventus"un şərəfini qoruyan Buffon komandası ilə 479 oyunda meydana çıxıb. |
|
Xəbər 739 dəfə oxundu. |
|
|