Şəhriyar Məmmədyarov növbəti turda Rusiya şahmatçısı ilə qarşılaşacaq
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən iddiaçılar turnirinin X turunda qara fiqurlarla hindistanlı dünya çempionu Vişvanatan Anand ilə qarşılaşmışdır.

Qarşılaşma 30-cu gedişdə heç-heçə ilə nəticələnmişdir. Bununla da Məmmədyarov xallarını 5-ə, lider Anand isə 6,5-ə çatdırmışdır.
Turun digər görüşlərində rusiyalı Peter Svidler digər həmyerlisi Vladimir Kramnik üzərində qələbə qazanmışdır. Levon Aronyan (Ermənistan) Veselin Topalovla (Bolqarıstan), Sergey Karyakin (Rusiya) Dmitri Andreykinlə sülh bağlamışlar.

Şəhriyar Məmmədyarov XI turda qara fiqurlarla rus şahmatçısı D.Andreykinlə üz-üzə gələcəkdir.

Xəbər 650 dəfə oxundu.