Foqts Stiv Uaytla görüşüb
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts vətəni Almaniyada diqqət mərkəzinə düşüb. Təcrübəli mütəxəssis Düsseldorf şəhərində təşkil olunan xeyriyyə tədbirinin ən məşhur siması kimi gündəmə gəlib.

Foqts xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım üçün keçirilən xeyriyyə ziyafətində iştirak edib. 10 ildir ənənəvi olaraq Hamburqda keçirilən və ilk dəfə Düsseldorfda baş tutan tədbirə başqa tanınmış simalar da qatılıb. Foqts Almaniyada kifayət qədər tanınan sehrbaz Stiv Uaytla görüşüb. İki məşhur sima şəkil də çəkdiriblər. Ziyafətdə tanınmış aktyorlar Nina Vorbrodt və Tomas Held və başqa ulduzlar da iştirak edib.

Xəbər 663 dəfə oxundu.