Viktor Valdes mövsümü erkən başa vurdu
"Barselona"nın qapıçısı Viktor Valdes mövsümü erkən başa vurub.

La Liqada "Selta Viqo" ilə matçda zədələndiyi üçün oyunu tərk etmək məcburiyyətinə qalan ispan qolkiperin zədəsinin ciddi olduğu açıqlanıb. Onun altı ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bu isə o deməkdir ki, Valdes nəinki mövsümün sonunadək “Barselona”ya kömək edə bilməyəcək, eyni zamanda İspaniya yığmasının tərkibində DÇ-2014-ə getməyəcək.

Xəbər 752 dəfə oxundu.