Ronaldo: "Hər zaman meydanda olmaq istəyirəm"
“İstədiyimiz kimi bir matç oldu. İki qol vuraraq komandamın qələbə qazanmasında önəmli rol oynadım. Bundan sonrakı oyunlarda da qalib gəlməyi düşünürük".

Bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında "Şalke" ilə cavab qarşılaşmasından (3:1) sonra UEFA-nın saytına açıqlamasında deyib.

Bu oyun üçün start heyətdə əsasən ehtiyat oyunçular yer alsa da, baş məşqçi Karlo Ançelotti komandanın qol silahı Ronaldonu da ilk on birliyə daxil etmişdi.

Portuqaliyalı hücumçu qarşıda "Barselona" ilə vacib oyunun olmasına baxmayaraq, istirahət etmək istəmədiyi üçün "Şalke" ilə görüşdə oynadığını bildirib: "Hər zaman meydanda olmaq istəyirəm. Özümü yaxşı hiss edirdim və istirahət etməyi düşünmürdüm. Baş məşqçi də oynamağımın daha düzgün olduğunu bildirdi"

Xəbər 933 dəfə oxundu.