Fərid Mansurov AGF-nin vitse-prezidenti təyin edildi

Bir müddət öncə yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi vəzifəsindən istefa verən Fərid Mansurov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti təyin olunub.
Federasiyanın baş katibi Əjdər Cəfərovun verdiyi məlumata görə, federasiya prezidenti Fazil Məmmədovun əmri ilə olimpiya və ikiqat dünya çempionu AGF-nin gənclər üzrə vitse-prezidenti kimi fəaliyyət göstərəcək.

“Fərid Mansurov bir müddət öncə baş məşqçi postundan öz ərizəsi ilə istefa vermişdi. Onun əldə etdiyi nailiyyətlərin Azərbaycanın idman tarixində özünəməxsus yeri var. İstefa verərkən belə, o, güləşin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. AGF rəhbərliyi də Fərid Mansurovun güləşin gənclər arasında daha geniş təbliğinə və bu idman növünün gələcək inkişafına öz bilik və bacarığını sərf etməsi üçün bu addımı atıb” – deyə Əjdər Cəfərov bildirib.

Xəbər 1280 dəfə oxundu.