Qaret Beyl: "Barselona"dan qorxmuruq"
"Real" (Madrid) klubunun futbolçusu Qaret Beyl İspaniya La Liqasının 29-cu turu çərçivəsində qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb.

Uelsli futbolçu klubun rəsmi saytına açıqlamasında "Barselona"dan qorxmadığını bildirib:

"Biz çox yaxşı oyun nümayiş etdiririk və əla formadayıq. Artıq "Barselona" ilə oyun haqda düşünürük. Onlar bizim əsas rəqibimizdir və bu oyunda 3 xal qazanmaq niyyətindəyik. Rəqibin heyətində kifayət qədər güclü futbolçular çıxış edir. Ancaq biz onlardan qorxmuruq, çünki həmin futbolçulardan bizdə də var".

Qeyd edək ki, "Real" - "Barselona" oyunu martın 24-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər 955 dəfə oxundu.