Spartakiada yarışlarının ilk qalibləri müəyyənləşib

Oktyabrın 11-də «Zenit» İdman Cəmiyyəti Respublika Şurasının XIV Spartakiadası start götürüb. Azərbaycanın dövlət müstəqilliyi gününə həsr edilmiş spartakidanın ayrı-ayrı növləri üzrə ilk qalibləri müəyyənləşib. Mini-futbol üzrə keçirilən yarışların yekun nəticələrinə görə, Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri HK-in komandası ən yüksək nəticə göstərərək birinci yeri tutub. Metropoliten İşçiləri HK İB və Müdafiə Sənaye Nazirliyinin HK-nin komandaları ikinci və üçüncü yerləri tutublar. Voleybol yarışlarında ilk üçlükdə Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri, Baku Stil Kompanii, Müdafiə Sənayesi Nazirliyinin həmkarlar komitələrinin komandaları qərarlaşıblar. Kəndirdartma yarışlarında Baku Stil Kompani HK-in idmançıları fərqləniblər. İkinci və üçüncü yerləri isə Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri və Müdafiə Sənaye Nazirliyinin həmkarlar komitələrinin komandaları tutublar. Stolüstü tennis yarışları Aviasiya İşçiləri HK-in idmançılarının qələbəsi ilə bitib. Bu növ üzrə ikinci və üçüncü nəticələri Baku Stil Kompani HK və Metropoliten İşçiləri HK İB-in komandaları göstəriblər.
Spartakiada yarışları davam edir. «Zenit» İC RŞ-in fəhlə və qulluqçularından ibarət bədən tərbiyəsi kollektivləri bundan sonra qol güləşi, nərd, dama, şahmat və güllə atıcılığı yarışlarında qüvvələrini sınayacaqlar.
Yarışlara noyabrın 23-də yekun vurulacaq.

Xəbər 2815 dəfə oxundu.