Ronaldo Puşkaşa çatdı
"Real"ın hücumçusu Kriştiano Ronalda klub tarixində ən çox qol vuran futbolçular siyahısında 4-cü pilləyə yüksəlib.

Portuqaliyalı ulduz Çempionlar Liqasının 1/8 finalında "Şalke" ilə matçda dubla imza atıb. Bununla da Ronaldo Madrid klubunda vurduğu qollarının sayını 242-ə (236 matça) yüksəldib. O, Ferents Puşkaşa çataraq klub tarixində ən çox qol vuran dördüncü futbolçu olub.

Qeyd edək ki, bu siyahıda birini Raul Qonzales (323), ikinci Stefano (307 qol), üçüncü isə Santillnadır (290 qol).

Xəbər 795 dəfə oxundu.