Klopp: "Zenit"lə oyunda risk etməyəcəyik"
"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində qarşılaşacaqları "Zenit"lə oyun haqda danışıb.

Almaniyalı mütəxəssis oyunöncəsi keçirdiyi mətbuat konfransında "Zenit"lə görüşdə risk etməyəcəklərini bildirib:

"Bu oyuna ciddi yanaşırıq. Baxmayaraq ki, ilk oyunda inamlı qələbə (4:2) qazanmışıq. Ancaq qarşıda cavab oyunu var. Açığı, Peterburqdan belə hesabla qayıdacağımızı gözləmirdim. "Zenit"lə görüşdə risk etməyəcəyik, amma yaxşı futbol oynamağa çalışacağıq".

Qeyd edək ki, "Borussiya" - "Zenit" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 819 dəfə oxundu.