Andre Villaş Boaş rəsmən "Zenit"də
"Zenit" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Peterburq təmsilçisini bundan sonra Andre Villaş Boaş çalışdıracaq.

Təcrübəli gənc mütəxəssislə martın 20-də rəsmi müqavilə imzalanacaq. Müqavilənin müddəti 2016-cı ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Villaş Boaş bir həftə öncə "Zenit"in baş məşqçi postundan istefaya göndərilən Luçano Spalettini əvəzləyib. Bu müddət ərzində isə komandanı müvəqqəti olaraq Serger Semak çalışdırırdı.

Xəbər 959 dəfə oxundu.