Sançez: "Real"la xal fərqini birə endirə bilərik"
"Barselona"nın hücumçusu Aleksis Sançez İspaniya La Liqasının 28-ci turu çərçivəsində qarşılaşacaqları "Real" (Madrid) klubu ilə oyun haqda danışıb.

Çilili futbolçu "İnside Spanish Football"a açıqlamasında "Real"la görüşün onlar üçün mühüm önəm daşıdığını bildirib:

"Osasuna" ilə oyunumuz mükəmməl alındı. Əsas qələbə qazanmağımız idi ki, bunu da bacardıq. "Real"la aramızda 4 xallıq fərq var. Növbəti turda bunu 1 xala endirə bilərik. Bu baxımdan "Real"la görüş bizim üçün çox önəmlidir. Əgər səfərdə qələbə qazansaq, çempionluq yarışı daha da gərginləşəcək. Madriddə möhtəşəm oyun olacaq. Bu görüşdə yalnız bir məqsədimiz var - qələbə qazanmaq".

Qeyd edək ki, "Real" - "Barselona" oyunu martın 24-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər 1076 dəfə oxundu.