Özil "Arsenal"dan ayrıla bilər
"Arsenal"ın futbolçusu Məsut Özil mövsümün sonunda klubdan ayrıla bilər.

Türkəsilli alman yarımmüdafiçini PSJ transfer etmək istəyir. Paris təmsilçisi Özili heyətinə qatmaq üçün "Arsenal"a futbolçuları Lavezzi və Pastoreni təklif edib.

Son oyunlarda uğursuz çıxışı ilə seçilən Özilin komandadan ayrılmasına baş məşqçi Arsen Vengerin razılıq verəcəyi bildirilir.

Xəbər 879 dəfə oxundu.