İnyestanın qol uğuru
"Barselona"nın futbolçusu Andres İnyesta Kataloniya klubu və İspaniya millisində qol vurduğu heç bir matçda komandası məğlub olmayıb.

Bu uğura La Liqa təmsilçisinin "Osasuna" ilə oynadığı görüşdə də son qoyulmayıb. Qarşılaşmanın 34-ci dəqiqəsində fərqlənən İnyestanın şərəfini qoruduğu Kataloniya klubu meydanı qalib (7:0) olaraq tərk edib.

Qeyd edək ki, İnyesta "Barselona"da 49 müxtəlif matçda 49 qol vurub. Bu oyunların 44-də Kataloniya klubu qələbə qazanıb, 5-də bərabərə qalıb. 30 yaşlı yarımmüdafiəçi İspaniya millisində isə qol vurduğu 11-matçın 10-da yığma qalib gəlib, 1-də heç-heçə edib.

Xəbər 857 dəfə oxundu.