Arda Turan "Qalatasaray"ın düşərgəsində
"Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan hazırda Londonda olan "Qalatasaray"ın bazasını ziyarət edib.

Keçmiş komanda yoldaşları ilə görüşən türk yarımmüdafiəçi onlara "Çelsi" ilə matçda uğurlar arzulayıb.

Qeyd edək ki, "Çelsi"- "Qalatasaray" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 855 dəfə oxundu.