Türkiyə Superliqası: "Fənərbaxça" liderliyini möhkəmləndirdi
Türkiyə Superliqasında 25-ci turun oyunları davam edir.

Üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

"Qaziantepsor" səfərdə "Konyaspor"un qonağı olub və minimal hesabla qalib gəlib. Eyni hesab "Eskişehirspor" - "Elazığspor" matçında qeydə alınıb - 1:0.

"Trabzonspor" doğma meydanda "Sivasspor"u darmadağın edib - 4:0.

"Fənərbaxça" isə evdə "Ericiyespor" üzərində qələbə qazanıb - 2:1. Bununla da xallarını 54-ə çatdıran Ərsun Yanalın komandası liderliyini möhkəmləndirib.

Qeyd edək ki, Superliqada 25-ci tura bu axşam keçiriləcək "Kayserispor" - "Bursaspor" oyunu ilə yekun vurulacaq.


16 mart

Türkiyə Superliqası, 25-ci tur

"Konyaspor" - "Qaziantepspor" - 0:1
Qol: Tosun, 21 (0:1)

"Eskişehirspor" - "Elazığspor" - 1:0
Qol: Nitsama, 17 (1:0)

"Sivasspor" - "Trabzonspor" - 0:4
Qollar: Yunlu, 2 (0:1), Olcan, 18 (0:2), Henriqe, 31 (0:3), Hurmaçı, 56 (0:4)

"Fənərbaxça" - "Erciyespor" - 2:1
Qollar: Kuyt, 33 (1:0), Edinyo, 63 (1:1), Emenike, 64 (2:1)

15 mart

"Kasımpaşa" - "Gənclərbirliyi" - 1:2
Qollar: Durmaz, 32 (0:1), Viudez, 42 (1:1), Çelik, 84 (1:2)

"Akhisar Bələdiyyəspor" - "Antalyaspor" - 0:0

"Rizespor" - "Beşiktaş" - 2:2
Qollar: Pektemek, 6 (0:1), Kveuke, 13-pen (1:1), Adnan, 28-pen (2:1), Pektemek, 51 (2:2)

17 mart

"Kayserispor" - "Bursaspor"


14 mart

"Karabükspor" - "Qalatasaray" - 0:0

Xəbər 921 dəfə oxundu.