FİLA güləşçilərin yeni reytinq siyahısını açıqladı
Beynəlxalq Güləş Federasiyası (FİLA) 2014-cü ilin mart ayına əsasən, güləşçilərin aylıq reytinq siyahısını açıqlamışdır.

Bu, güləş qaydalarında və çəki dərəcələrində edilən dəyişikliklərdən sonra ikinci reytinq siyahısıdır. Dəyişiklikləri nəzərə alan FİLA artıq hər çəki dərəcəsi üzrə siyahıya əvvəlki kimi 10 deyil, 20 idmançının adını daxil etmişdir.

Yunan-Roma güləşi üzrə reytinq siyahısında Həsən Əliyevin (66 kq, 6-cı), Azad Əliyevin (66 kq, 15-ci), Rəsul Çunayevin (71 kq, 4-cü), Rüstəm Əliyevin (71 kq, 8-ci), Rafiq Hüseynovun (75 kq, 9-cu), Saman Təhmasibinin (85 kq, 2-ci), Şəhriyar Məmmədovun (85 kq, 11-ci) və Sabah Şəriətinin (130 kq, 15-ci) adları yer almışdır.
Sərbəst güləş üzrə reytinq cədvəlinə Yaşar Əliyev (57 kq, 12-ci), Ruslan Surxayev (57 kq, 18-ci), Hacı Əliyev (61 kq, 3-cü), Əhmədnəbi Qvarzatilov (61 kq, 4-cü), Məhəmməd Müslümov (65 kq, 12-ci), Ruslan Dibirhacıyev (70 kq, 8-ci), Emin Əzizov (70 kq, 15-ci), Cəbrayıl Həsənov (74 kq, 14-cü), Əşrəf Əliyev (74 kq, 20-ci), Həmzət Osmanov (86 kq, 7-ci), Aleksandr Qostiyev (86 kq, 19-cu), Xetaq Qazyumov (97 kq, 2-ci), Şərif Şərifov (97 kq, 5-ci), Roman Bəkirov (97 kq, 18-ci) və Cəmaləddin Məhəmmədovun (125 kq, 5-ci) adları daxil edilmişdir.

Qadın güləşi üzrə sıralamada isə Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) ikinci, Səbirə Əliyeva (75 kq) isə on ikinci pillədə qərarlaşmışlar.

Xəbər 1096 dəfə oxundu.