"Çempionu "El Klassiko" müəyyənləşdirəcək"
"Barselona"nın futbolçusu Serxio Busgets La Liqada çempionluq şanslarını dəyərləndirib.

İspan yarımmüdafiəçi birinci olmaq üçün "Real"ı məğlub etmələrinin vacib olduğunu deyib:

"Hazırda zirvənin sahibi "Real"dan dörd xal geridəyik. Ancaq "Santyaqo Bernabeu" stadionunda oynayacağımız matç var. Əgər bu oyunda qalib gəlsək, birincilik uğrunda mübarizə aparmağa davam edəcəyik, ancaq məğlub olsaq, bizim üçün çempionluq bitəcək. Çempionu "El Klassiko" müəyyənləşdirəcək".

Qeyd edək ki, La Liqada "Real" - "Barselona" matçı İspaniya vaxtı ilə martın 23-ü saat 20:00-da (Bakı vaxtı ilə martın 24-ü, saat 00:00) başlayacaq.

Xəbər 928 dəfə oxundu.