Benitez: "Portu"ya iki top fərqi ilə qalib gələcəyik"
"Napoli" klubunun baş məşqçisi Rafael Benitez "Portu" ilə baş tutan Avroliqa görüşündən sonra komandasının mərhələ keçmək şanslarını dəyərləndirib.

İspaniyalı mütəxəssis "Portu"nu Neapolda 2 top fərqi ilə məğlub edəcəklərini iddia edib:

"Səfərdə 0:1 hesabı ilə uduzmaq pis nəticədir. Ancaq evdə iki top fərqi ilə qələbə qazanacağımıza inanıram. Bu görüşdə əsasən müdafiədə diqqətli oynamağa çalışdıq. Oyunumuzu əks hücum üzərində qurmuşduq. Qol vurmaq şanslarımız oldu, ancaq yararlana bilmədik. Cavab matçında komandanı güclü azarkeş ordusu dəstəkləyəcək. Bu amil oyunda həlledici ola bilər".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 20-də keçiriləcək.

Xəbər 874 dəfə oxundu.