Qadınlar arasında Azərbaycan çempionatının səkkizinci turu başa çatıb
Respublika Şahmat Mərkəzində qadınlar arasında Azərbaycan çempionatında 8-ci turun oyunları başa çatmışdır.

Hesabat turunda yalnız Gülnar Məmmədova və Səhər Hüseynova qarşılaşmasında sülh bağlanmışdır. Digər oyunlarda isə “qaralar”ın qələbəsi qeydə alınmışdır.

Səkkizinci turdan sonra Aytən Əmrayeva 6,5 xalla vahid liderdir. Xəyalə Abdulla 6 xalla ikinci, Gülnar Məmmədova və Səbinə İbrahimova isə hərəyə 5,5 xal toplayaraq üçüncü-dördüncü yerləri bölüşdürürlər.

Digər iştirakçılardan Nərgiz Umudova və Günay Məmmədzadə hərəyə 4,5, Türkan Məmmədyarova 4, Səhər Hüseynova və Nərmin Kazımova hərəyə 3,5, Nərmin Xələfova 3, Səbinə Quliyeva 1, Zeynəb Məmmədyarova isə 0,5 xal toplamışlar.

Dairəvi sistemlə keçirilən 11 turdan ibarət çempionat martın 15-də başa çatacaqdır.

Xəbər 952 dəfə oxundu.