Mirça Luçeskudan "Marsel" açıqlaması
"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku Krım hadisələrindən sonra Ukrayna klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

"Marsel"ə gedəcəyi ilə bağlı xəbərləri təkzib edən rumıniyalı mütəxəssis Ukraynadan ayrılmayacağını dilə gətirib:

"Düz danışacam. "Marsel" xəbərləri tamamilə yanlışdır. Ailəm bu günə qədər getdiyim hər yerə mənimlə birlikdə gəlib. Gələcəyimlə bağlı verilən qərarlar bir çox şeyə bağlı olur. Xüsusilə də uşaqlarım və nəvələrimlə bağlılığı deyə bilərəm. Bu səbəbdən Ukraynadan ayrılmağı düşünürəm".

Qeyd edək ki, 68 yaşlı mütəxəssis 2004-cü ildən "Şaxtyor" klubunu çalışdırır.

Xəbər 835 dəfə oxundu.