Siyəzəndə “Coca-Cola Məktəbli Kuboku”na yekun vurulub
Martın 12-də rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə tam orta məktəblərin VII sinif şagirdləri arasında keçirilən “Coca-Cola Məktəbli Kuboku”nun rayon mərhələsinə yekun vurulub.

Noyabrın 21-də AFFA-nın təşkilati dəstəyi, Coca-Cola şirkətinin sponsorluğu ilə start götürmüş yarış rayonda uşaq futbolunun inkişafı və uşaqlar arasında futbol idman növünün kütləviliyinin təmin olunması məqsədi daşıyıb.

140 nəfərin iştirakı ilə keçirilən yarışda rayon tam orta məktəblərinin 14 komandası iştirak edərək birinci yer uğrunda mübarizə aparıb.

Martın 12-də keçirilən final görüşündə şəhər 2 və 4 saylı tam orta məktəblərin komandaları üz-üzə gəliblər. Daha güclü olan şəhər 2 saylı tam orta məktəbin komandası rəqibinə qalib gələrək “Coca-Cola Məktəbli Kuboku”nun qalibi olub. Qalib komanda həmçinin “Coca-Cola Məktəbli Kuboku”nun zona mərhələsində iştirak etmək hüququ qazanıb.

Tədbirin sonunda birinci və ikinci yerləri tutmuş komandalar AFFA və “Coca-Cola” şirkətinin nümayəndələri tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1193 dəfə oxundu.