Bakıda atçılığın konkur növü üzrə “Qafqaz Kuboku” Beynəlxalq turniri başlanıb
Martın 13-də Novxanıdakı “Sərhədçi” Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “Qafqaz Kuboku” adlı CSI2* kateqoriyalı Beynəlxalq turnir başlamışdır.

AzərTAc xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, İran və digər ölkələrin idmançıları iştirak edirlər.
Yarışda ümumiliklə 25-ə yaxın idmançı 40-a yaxın atla mübarizə aparır.

Turnirə Türkiyə və İrandan dəvət olunmuş hakimlər kollegiyası nəzarət edir.
Üç gün davam edəcək yarışın ümumi mükafat fondu 50 min ABŞ dollarıdır.

Xəbər 820 dəfə oxundu.