Astarada kross üzrə rayon birinciliyinə yekun vurulub
Astara Olimpiya İdman Kompleksində kross üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışmada 105 idmançı qalib adı uğrunda mübarizə aparmışdır.
Qızlar arasında 1500 metr məsafəyə qaçışda Mahirə Şahanzadə, Günay Qeybiyeva (Səncərədi kənd tam orta məktəbi) və Vüsalə Xalıqzadə (Artupa kənd tam orta məktəbi) müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutmuşlar.

Oğlanların 3000 metr məsafəyə qaçışında isə İlham Sadıqzadə (Artupa kənd tam orta məktəbi), Neyməddin Qənizadə (Səncərədi kənd tam orta məktəbi) və Orxan Cabbarov (Artupa kənd tam orta məktəbi) fərqlənmişlər.

Qaliblərə rayon birinciliyinin medalları, diplomlar və hədiyyələr təqdim edilmişdir.

Xəbər 1064 dəfə oxundu.