Siyəzəndə “Coca-Cola” məktəbli kubokuna yekun vurulub
Siyəzəndə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə tam orta məktəblərin VII sinif şagirdləri arasında keçirilən “Coca-Cola” məktəbli kubokunun rayon mərhələsinə yekun vurulmuşdur.

Noyabrın 21-dən etibarən AFFA-nın təşkilati dəstəyi və “Coca-Cola” şirkətinin sponsorluğu ilə start götürmüş yarışda 14 komanda birincilik uğrunda mübarizə aparmışdır. Yarışlara, ümumilikdə, 140 məktəbli qatılmışdır.

Martın 12-də keçirilən final görüşündə Siyəzən şəhərindəki 2 və 4 nömrəli tam orta məktəblərin komandaları üz-üzə gəlmişlər. Daha güclü təsir bağışlayan 2 nömrəli tam orta məktəbin komandası yarışın qalibi olmuşdur.

Tədbirin sonunda I və II yerləri tutmuş komandalar AFFA və “Coca-Cola” şirkətinin nümayəndələri tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Qalib komanda, həmçinin “Coca-Cola” məktəbli kubokunun zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Xəbər 769 dəfə oxundu.