Martino: "Aquero işimizi çətinləşdirəcək"
"Barselona"nın baş məşqçis Xerardo Martino Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə cavab oyunu öncəsi fikirlərini bölüşüb.

O, bu gün baş tutacaq qarşılaşma haqda bunları deyib:

"İlk oyundan sonra üstün tərəf bizik. Ancaq bu matça sanki birinci oyunda 0:0 hesabı olmuş kimi çıxacağıq. Cavab qarşılaşmasında rəqibin futbolçusu Serxio Aquero da iştirak edəcək. Bu, bizim işimizi bir qədər çətinləşdirəcək".

Qeyd edək ki, "Barselona" - "Mançester Siti" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 847 dəfə oxundu.