Pepe Mourinyonun cavabını verdi
"Real" (Madrid) klubunun futbolçusu Pepe keçmiş baş məşqçisi Joze Mourinyonun cavabını verib.

Portuqaliyalı mütəxəssis Madrid klubunda işlədiyi vaxtlarda komandanın bir çox futbolçusunun oyun başlamadan əvvəl güzgü qarşısına keçərək necə göründüklərinə diqqət etmələrini demişdi.

Portuqaliyalı müdafiəçi isə "Onde Cero" radiosuna açıqlamasında Mourinyonun fikirlərinə cavab olaraq söyləyib:

"Yəqin ki, Mourinyo dünyada səhər oyanarkən güzgüyə baxmayan yeganə insandır".

Xəbər 769 dəfə oxundu.