Üzgüçülər Gəncə şəhərində yarışacaqlar

Oktyabrın 28-də Gəncə şəhərində üzgüçülük üzrə Azərbaycan kuboku yarışları start götürəcək. Oktyabrın 31-nə qədər davam edəcək yarışlarda Bakı və Sumqayıt idmançıları ilə yanaşı respublikanin digər şəhər və rayonlarında fəaliyyət göstərən Olimpiya idman komplekslərində məşğul olan idmançıların da iştirakı gözlənilir.
Qeyd edək ki, yarışın açılış mərasimi 28 oktyabr saat 11:00 da Gəncə Olimpiya İdman Kompleksində gerçəkləşəcək.

Xəbər 1650 dəfə oxundu.