“Sumqayıt” FK “Xəzər-Lənkəran”la oyuna hazırlaşır
“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının növbəti turuna hazırlaşır. Komanda doğma meydanda “Xəzər-Lənkəran”ı qəbul edəcəkdir.

Klubun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında məşqə çıxmışdır. Xəstə olduğuna görə Uğur Pamuk və zədəli olan Pərdis Fərcaf-Azad məşqdə iştirak etməmişlər.

Xəbər 850 dəfə oxundu.