Aryen Robben: "Yuventus" mənə rəsmi təklif göndərmişdi"
Yuventus" 2012-ci ildə "Bavariya"nın futbolçusu Aryen Robbeni transfer etmək istəyib.

Bu barədə hollandiyalı oyunçu "La Gazzetta dello sport"a açıqlamasında deyib. İtaliya klubundan rəsmi təklif aldığını bildirən Robben təklifi müsbət cavablandırmayıb:

"Yuventus" fantastik klubdur. Belə bir klubun maraq dairəsində olmağım məni qürurlandırdı. Ancaq mən "Bavariya"da qalmaq istəyirdim. Bu səbəbdən göndərilən təklifi qəbul etmədim. Onlar isə mənə klubun qapılarının hər zaman açıq olduğunu söylədilər".

Xəbər 816 dəfə oxundu.