Tevez "Fiorentina" ilə matçı da buraxmalı olacaq
"Yuventus" Avropa Liqasının 1/8 finalında "Fiorentina" ilə matça ciddi itki ilə çıxacaq.

Uzun müddətdir dizindən zədəsi olan Karlos Tevez bu qarşılaşmada da iştirak edə bilməyəcək. Baş məşqçi Antonio Kontenin argentinalı hücumçunun yoxluğunda Fernando Llorente ilə Pablo Osvaldoya şans verəcəyi gözlənilir.

Xəbər 881 dəfə oxundu.