Dieqo Simeone: "Ondan qorxmaq lazımdır"
"Növbəti mərhələyə yüksəlmək üçün çox yaxşı şansımız var. Komandama güvənirəm. Futbolçularım da ən yaxşı oyunlarını nümayiş etdirib, 1/4 finala vəsiqə qazanmaq istəyir. Məncə, hər iki komanda üçün vacib olan yarımmüdafiədə yaxşı oynamaq olacaq. Kim bu mövqedə daha uğurlu təsir bağışlasa, o qalib gələcək. Heyətimizdə çox dəyərli futbolçular var. İnanıram ki, istəyimizə nail olacağıq".

Bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Milan"la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Madrid klubunun argentinalı çalışdırıcı rəqib haqda da danışıb: "Milan"ın Balotelli kimi yaxşı bir futbolçusu var. Ondan qorxmaq lazımdır. Ancaq "Milan"da komanda ruhu bizdən azdır".

Qeyd edək ki. "Atletiko" ilk qarşılaşmada səfərdə "Milan"ı 1:0 hesabı ilə məğlub edib.

Xəbər 771 dəfə oxundu.