Nəsri: "Barselona" səddini keçə bilərik"
"Mançester Siti"nin yarımmüdafiəçisi Samir Nəsri Çempionlar Liqasında 1/8 finalın cavab oyunu çərçivəsində qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb.

Fransız futbolçu "Sky Sports"a açıqlamasında "Barselona" səddini keçə biləcəklərini iddia edib:

"Biz "Barselona" səddini keçə bilərik. Oyuna sürətli başlamalı və erkən qol vurmalıyıq. Məqsədimiz bu oyuna maksimum köklənməliyik. Bu fantastik oyun olacaq. Növbəti mərhələyə keçmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Barselona" - "Mançester Siti" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 805 dəfə oxundu.